EURO 1,8701 TRY 0,2948
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:06.09.2018 17:07:31

Xəbər verdiyimiz kimi sosial şəbəkələrdə 200 manatlıq yeni əskinazları yerə səpələyən gəncin videosu yayılıb.

Xəbər verdiyimiz kimi sosial şəbəkələrdə 200 manatlıq yeni əskinazları yerə səpələyən gəncin videosu yayılıb.

Videonu Azərbaycan Dövlət İqtisad Universitetnin tələbəsi olan İlkin Süleymanov çəkib. İlk başda hər kəs videonun sahibinin varlı biri olduğunu, manatı təhqir etdiyini düşünsə də, əslində məsələ tam fərqlidir.

İslamazeri.com xəbər verir ki, 19 yaşlı İlkin "minval.info” saytına videonun necə yayılması ilə bağlı danışıb: "Dostumla maşın almağa gedirdik. Ümumi 15 min manat idi. Hamısı da onundur. İlk dəfə 200 manatlıq əskinaz gördüm, hamı da bu puldan danışırdı, maraq üçün videosunu çəkdim. Başqa heç bir məqsədim olmayıb. Sadəcə kiçik video çəkib, "instagram” hesabımda paylaşdım. Sonra necə oldusa yayıldı, hər kəs məni tənqid etdi. Hətta məsələdən agah olmayanlar şərhlərdə haqqımda nalayiq ifadələr işlədiblər. Mən varlı övladı deyiləm. Təhsil haqqımı heç verə bilməmişəm. Səhv etdiyimin fərqindəyəm, belə olacağını bilsəm heç o videonu çəkməzdim. Pis niyyətim olmayıb”.

İlkinin anası kasıb bir ailə olduqlarını, oğlunun səhv etdiyini deyib: "Kasıb ailəyik, istəyən gəlib evimizlə, yaşantımızla tanış ola bilər. Biz o 200 manatlardan birini belə görməmişik. İlkinin təhsil haqqını heç tam ödəyə bilmirik, 500 manat borcumuz qalıb. Atası şəkər xəstəsidir. Fəhlə adamdır. Oğlum dostu ilə maşın almağa gedib. O pulları görüb, 19 yaşı var, gəncdir, səhv edib video çəkib, paylaşıb. İndi hər yerdə onu qınayırlar. Məndən də gizlədib olanları, indi öyrəndim. Hər kəsdən xahiş edirik, məsələ bağlansın”.

 

Həmçinin oxu: Daha bir qudurğanlıq: Bu dəfə iki yüz manatlıqları ayaqları altına səpdi - VİDEO


200 manatlıq əskinazları yerə səpən gənc danışdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vilayət Eyvazov baş leytenantı rəis təyin etdi
    Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni rəis təyin edilib.
     14.11.2019
    Bakıda ictimai asayişi pozan şəxsləri vətəndaşlar belə döydü - YENİ VİDEO
    Noyabrın 12-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yolu bağlayaraq qadınları təhqir edən şəxsin yeni görüntüləri yayılıb.
     14.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ