EURO 2,0063 NEFT 57,49
USD 1,7001 RUB 0,0296
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:17.06.2017 15:58:39

Bakıda keçiriləcək “Formula-1” Azərbaycan Qran-Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə bu gündən 18 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, “Formula-1” Azərbaycan Qran-Pri yarışları ilə əlaqədar olaraq 17 iyun tarixində qismən, 19 iyun tarixində isə tam bağlanacaq yollara görə aşağıdakı marşrut xətlərində dəyişikliklər edilib:

- 1 və H1 (Baku Bus) - marşrut avtobuslarının hərəkəti D.Əliyeva küç. - K.Səfərəliyeva küç. - Neftçilər pr. - Y.Səfərov küç. xətti ilə təşkil ediləcək;

- 2 nömrəli marşrut avtobuslarının hərəkəti D.Əliyeva küç. - K.Səfərəliyeva küç. - Neftçilər pr. xətti ilə təşkil ediləcək;

- 4 nömrəli marşrut avtobuslarının hərəkəti 28 may m/st. - D.Əliyeva küç. - K.Səfərəliyeva küç. - Neftçilər pr. -Y.Səfərov küç. xətti ilə təşkil ediləcək;

- 5 nömrəli marşrut avtobuslarının hərəkəti 28 may m/st. - A.Puşkin küç - 28 May küç - R.Behbudov küç. xətti ilə təşkil ediləcək;

- 6 nömrəli marşrut avtobuslarının hərəkəti M.Hüseyn küç. - B.Sərdarov küç. - H.Seyidbəyli küç. - M.Müşviq küç. xətti ilə təşkil ediləcək;

- 8 nömrəli marşrut avtobuslarının hərəkəti Ş.Bədəlbəyli küç - R.Behbudov küç - S.Rəhimov küç - Azadlıq pr. - Puşkin küç. xətti ilə təşkil ediləcək;

- 14 nömrəli marşrut avtobuslarının hərəkəti Ş.Bədəlbəyli küç - R.Behbudov küç - S.Rəhimov küç - Azadlıq pr. - Puşkin küç. xətti ilə təşkil ediləcək;

- 18 nömrəli marşrut avtobuslarının hərəkəti M.Hüseyn küç. - B.Sərdarov küç. - H.Seyidbəyli küç. - M.Hüseyn küç. xətti ilə təşkil ediləcək;

- 21 nömrəli marşrut avtobuslarının hərəkəti 28 may m/st. - D.Əliyeva küç. - K.Səfərəliyeva küç. - Neftçilər pr. –Nobel pr. xətti ilə təşkil ediləcək;

- 31 nömrəli marşrut avtobuslarının hərəkəti M.Müşfiq küç. - Nərimanov küç. - M.Hüseyn küç. - B.Sərdarov küç. - H.Seyidbəyli küç. – Nəriman Nərimanov küç. - M.Müşfiq küç. xətti ilə təşkil ediləcək;

- 37 nömrəli marşrut avtobuslarının hərəkəti M.Hüseyn küç. - B.Sərdarov küç. - H.Seyidbəyli küç. – N.Nərimanov küç. xətti ilə təşkil ediləcək;

- 46 nömrəli marşrut avtobuslarının hərəkəti 28 may m/st. - D.Əliyeva küç. - K.Səfərəliyeva küç. - Neftçilər pr. xətti ilə təşkil ediləcək;

- 61 nömrəli marşrut avtobuslarının hərəkəti S.Vurğun küç. - Ş.Bədəlbəyli küç. - S.Rüstəm küç. - D.Əliyeva küç. - R.Behbudov küç. - S.Əsgərova küç. - S.Vurğun küç. xətti ilə təşkil ediləcək;

- 65 nömrəli marşrut son dayanacağı Füzuli küç. - Ş.Bədəlbəyli - Füzuli küç - Ş.Qurbanov küçəsində təşkil ediləcək;

- 77 nömrəli marşrut avtobuslarının hərəkəti M.Müşfiq küç. - Nərimanov küç. - M.Hüseyn küç. - B.Sərdarov küç. - H.Seyidbəyli küç. – Nəriman Nərimanov küç. - M.Müşfiq küç. xətti ilə təşkil ediləcək;

- 88 nömrəli marşrut avtobuslarının hərəkəti 28 may m/st. - Puşkin küç. - 28 May küç - R.Behbudov küç. xətti ilə təşkil ediləcək;

- 125 nömrəli marşrut avtobuslarının hərəkəti “Lökbatan” NMM - Bayraq meydanı - M.Useynov küç. - 20-ci sahə xətti ilə təşkil ediləcək.

Xatırladaq ki, əvvəlcədən müəyyən edildiyi kimi marşrut xətləri üzrə dəyişikliklər 17 iyun tarixinə planlaşdırılsa da “Azneft” dairəsində yolda aparılan təcili təmir işləri ilə əlaqədar 5,6, 88 və 125 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası iyunun 14-dən dəyişdirilib. Dəyişikliklə əlaqədar əvvəlcədən müvafiq marşrut xətti üzrə daşıyıcılara xəbərdarlıq edilib. (apa)


18 avtobus marşrut xəttinin hərəkət istiqaməti dəyişdi - SİYAHI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda binaların eyvanları sökülür - FOTOLAR
    Heç bir binada eyvanların ləğvindən söhbət getmir.
     19.10.2017
    Küveyt nümayəndəsi İsrail nümayəndəsinə: Şərəfiniz varsa, zalı tərk edin! - VIDEO
    Moskvada keçirilən beynəlxalq konfransda israilli deputatın çıxışı küveytli spikerin sərt reaksiyası ilə cavablandırılıb.
     19.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ