EURO 1,9267 NEFT 67,86
USD 1,7 RUB 0,0258
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:15.09.2018 00:34:20

Dünya miqyasında 140 sənətçi Avroviziya mahnı müsabiqəsini bu il İsraildə keçiriləcək olması səbəbilə boykot edib.

Dünya miqyasında 140 sənətçi Avroviziya mahnı müsabiqəsini bu il İsraildə keçiriləcək olması səbəbilə boykot edib. Sənətçilər "The Guardian" qəzetində dərc etdirdikləri bir məktubla İsrailin ev sahibliyinin ləğv edilməsini istəyib.

İslamazeri.com xəbər verir ki, keçən ilin may ayında Portuqaliyanın Lissabon şəhərində keçirilən 63-cü Avroviziya mahnı müsabiqəsində İsraili təmsil edən Netta Barzilay qalib gəlib. Beləliklə, növbəti yarışmanı İsrailə aparıb. Ancaq İsrailin ev sahibliyinə etiraz var. İngilis "The Guardian" qəzetində 140 sənətkarın məktubu dərc olunub. Məktubda, "Bizlər fələstinli sənətçilərin İsrailin ev sahibliyində keçiriləcək 2019 Avroviziya mahnı yarışmasını boykot çağırışını dəstəkləyirik. Fələstinlilər azadlıq, ədalət və bərabər hüquqlara nail olana qədər onları təməl hüquqlarından məhrum edən dövlətlə işlər əvvəlki kimi görülməməlidir ",- deyilib.

Məktubu imzalayanlar Avropa Yayım Birliyinin müsabiqənin Qüdsdən başqa bir İsrail şəhərində keçirilməsi çağırışını da qeyri-kafi qiymətləndiriblər. İsrailin ev sahibliyinin ləğv edilməsini istəyiblər. "Müsabiqə insan hüquqları reyestri daha yaxşı olan başqa bir ölkəyə keçirilməlidir",- deyə bildiriblər. Məktubu imzalayan sənətçilər arasında musiqiçi Roker Uoters (Rocer Waters), rejissor Ken Loç (Ken Loach), yazar Yanın Martellə yanaşı 6 İsrailli də var.


140 sənətçidən birgə etiraz: Avroviziya müsabiqəsi İsraildə olmasın

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Xorvatiya İspaniyanı məğlub etdi: Bütün nəticələr - VİDEOlar
    UEFA Millətlər Liqasında V turun oyunları keçirilib.
     16.11.2018
    Yeni şəxsiyyət vəsiqələrinin özəlliyi və köhnələrin taleyi necə olacaq? - MÜSAHİBƏ
    Jalə Nəsibova: "Yeni nəsil şəxsiyyət vəsiqələri 6 dövlət qurumunun məlumatları əsasında hazırlanır"
     16.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ