Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:27.11.2021 09:52:32

"Azərbaycan həmişə, - istər döyüş əməliyyatları dövründə, istər onlardan sonra, - bütün humanitar normalara riayət edilməsinə ardıcıl tərəfdar olub", - deyə prezident İlham Əliyev bildirib.

Azərbaycan həmişə, - istər döyüş əməliyyatları dövründə, istər onlardan sonra, - bütün humanitar normalara riayət edilməsinə ardıcıl tərəfdar olub. Deməliyəm ki, hərbi əməliyyatlar bitəndən sonra saxlanılmış 100 nəfərdən çox erməni hərbi qulluqçu, o cümlədən bir nəfər bu gün səhər Ermənistan tərəfə verilib.

İslamazeri.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Soçidə keçirilmiş üçtərəfli görüşdən sonra mətbuata bəyanatında deyib.

“Biz həmişə humanizm prinsipinin aliliyini əsas götürmüşük və bundan sonra da işi bu istiqamətdə davam etdirmək niyyətindəyik. Biz Ermənistan tərəfindən də regionda vəziyyətin daha artıq dərəcədə proqnozlaşdırıla bilən olması üçün şərait yaradılması niyyətini görürük. Mən dəfələrlə demişəm, biz Azərbaycanda Ermənistan ilə çoxillik qarşıdurma səhifəsini çevirmək, normal qarşılıqlı fəaliyyət mərhələsinə başlamaq əzmindəyik və düşünürəm ki, məhz bu formatda öz məqsədlərimizə çatacağıq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.


100-dən çox hərbi əsir Ermənistana təhvil verilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycandakı dini konfessiya rəhbərləri II Şəhidlər xiyabanını ziyarət edib
    Bu barədə QMİ-nin Mətbuat Xidmətindən bildirilib.
     26.09.2022
    Audiovizual Şurası “Xəzər TV”yə xəbərdarlıq edib
    Audiovizual Şuranın onlayn formatda iclası keçirilib.
     26.09.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ